Məmmədyarov həmsədrlərlə nəyi müzakirə edib ?





"Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü Ermənistanın yeni baş naziri Nikol Paşinyanın verdiyi qeyri-adekvat açıqlamalarla bağlı ola bilər”.

Bunu "Sherg.az”a Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında baş tutan görüşün detallarını izah edərkən analitik Arzu Nağıyev söyləyib.

Onun fikrincə, qondarma Dağlıq Qarabağın üçüncü tərəf kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sülh danışıqlarına cəlb edilməsi məsələsi hazırda ciddi müzakirə edilməlidir:

"N.Paşinyanın sözügedən təklifinə qarşı danışıqlar aparıla bilər. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli üçün danışıqlara hazırdır. Son proseslər, Ermənistanda hakimiyyətin dəyişməsi ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən izlənməlidir.

Hazırda davam edən danışıqlarda əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlarla əlaqədardır”.

Qeyd edək ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdə iştirak edir. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Aysel Aslan