Məmmədyarov: "Xəzər sülh və əməkdaşlıq zonasıdır"
13:04 06.08.2018
Arxiv
767
"Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər".
"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanda keçiriləcək qarşıdakı Xəzər sammitində Konvensiyanın mümkün imzalanması məsələsini şərh edərkən deyib.
"Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb", - E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bütün ölkələrin Konvensiyanın mətni ilə bağlı iradları olub və bu, hüquqi sənədlərin hazırlanması zamanı adi beynəlxalq təcrübədir. E.Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Konvensiyanın hazırlanması üçün 1996-cı ildən bəri bu formatda 51 görüş keçirildiyini xatırladıb.
Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər Konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: "Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya