Məntiq fənni lazımdır

Heç olmasa həftədə bir saat yuxarı siniflərdə tədrisi vacibdir


"Təhsil ekspertləri hərəsi bir fənn təklif edir ki, orta məktəblərdə tədris olunsun". 

Bunu Sherg.az-a orta məktəblərdə məntiqin fənn kimi tədris olunmamasının səbəblərini izah edərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, bütün bu təkliflərin fonunda məntiqin tədris olunması şagirdlərə çox xeyir verəcək: 

"Ona görə ki, məntiq idrakın ümumi qanunlarından bəhs edir və idrakın ümumi qanunlarını bilmədən, şagird elmi layiqincə mənimsəyə bilməz. Hesab edirəm ki, məntiqi bilmək günün tələbidir. Heç olmasa həftədə bir saat, yuxarı sinif şagirdlərinə məntiq fənni tədris olunmalıdır. Aşağı siniflərdə bunun keçirilməsinin əleyhinəyəm və düşünürəm ki, 8-ci sinifdən məntiq şagirdlərə öyrədilə bilər".

Aysel Aslan