"Mənzil bazarında sentyabrdan canlanma olacaq" - EKSPERT




"Mənzil bazarında hər yay olduğu kimi bu il də durğunluq müşahidə edilir”.

Bunu "Sherg.az”a mənzil bazarındakı son durumla bağlı danışarkən daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyib. 

O bildirib ki, payız aylarında bu sahədə canlanma özünü göstərəcək:

"Adətən bir qayda olaraq sentyabr ayında canlanma başlayır. Ona görə, yaxın zamanda qiymətlərin hansı səviyyədə olması barədə fikir söyləyə bilərik.

Yay dövründə isə adətən evlərin kirayə verilməsində canlanma nəzərə çarpır”.

Aysel Aslan