Azərbaycanda mənzillərin kirayə qiyməti bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu ilin oktyabr ayında ölkədə mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq 92,14 manata çatıb.
Maraqlıdır, kirayə mənzillərin bahalaşmasına hansı faktorlar təsir edib və bu tendensiya nə vaxta qədər davam edə bilər?
Suallarımızı cavablandıran mənzil məsələləri üzrə ekspert Nüsrət İbrahimov "Sherg.az”a bildirib ki, paytaxtda kirayə mənzillərin qiymətinin bahalaşması tələbatla bağlıdır:

"Kirayə mənzillərin qiymətlərinin bahalaşması əsasən mövsümi aylarda olur. Bayrama yaxın və bayram günlərində bu tendensiyanı aydın müşahidə edirik. Mövsümi aylar olaraq avqustun sonu, sentyabr, oktyabr və dekabrın 20-dən yeni il bayramına qədər olan müddətdə kirayə mənzillərin qiyməti artır. Lakin noyabr və dekabrın 20-nə qədər olan vaxtlarda bazarda müəyyən stabilləşmə qeydə olınır. Hazırda qiymətlərin bahalaşmasının ilk mərhələsini tamamladıq. Artıq bu vaxtlar müəyyən sabitlik olmalıdır. Amma yeni il bayramı ilə əlaqədar olarq bu ərəfələr mənzil kirayələrinin qiyməti iki-üç faiz artacaq. Çünki paytaxta turist axınının olması, rayon ərazilərindən gələnlərdən dolayı kirayə mənzillərə tələbat artır. Bu da qiymətlərə təsir edir”.
Kənan Eynuroğlu