Məqsəd orada yaşayan Azərbaycan türklərini aşağılamaqdır - Tənzilə Rüstəmxanlı
09:13 31.08.2017
Arxiv
887
İranda hazırlanan yeni qanuna əsasən, müxtəlif ləhcələrə sahib olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar tədris müəssisələrində müəllim işləyə bilməyəcəklər. İrqçiliyə əsaslanan qanuna görə, "Ç, G, J, Q” və s. fars hərflərini tələffüz edə bilməyən xalqların nümayəndələrinin dil-ədəbiyyat və başqa fənləri tədris etməsi qadağan ediləcək. Həmçinin, layihəyə görə, ləhcə sahibləri psixoloji xəstəliyi olan yararsız şəxslər sayılacaq.
Ekspertlərin fikrincə, qanun layihəsi ciddi ayrı-seçkilik və qeyri-insani münasibətdən xəbər verir. İranda yaşayan bütün millətlər, o cümlədən azərbaycanlılar qanunu özləri üçün təhqir hesab ediblər. Soydaşlarımız məsələni sosial şəbəkələrdə müzakirə edərək nazirliyin irqçilik istiqamətində atdığı addıma narazılıq bildiriblər.
Yeni qanunla bağlı "Şərq”ə danışan "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, bu addım fars rejiminin türklərə qarşı olan növbəti mənfi münasibətidir. QHT rəhbərinin sözlərinə görə, məqsəd orada yaşayan Azərbaycan türklərini aşağılamaq, soydaşlarımızı insan yerinə qoymamaqdır:
"Rejim qeyri-farsların hüquqlarını tanımır. Bu qanun da illərdir davam etdirilən bir prosesin tərkib hissəsidir. Ortada böyük bir təhqir var. Nəzərə almaq lazımdır ki, soydaşlarımız etnik azlıq deyil. Azərbaycan türkləri İrandakı nüfuzun yarısından çoxuna sahibdirlər. Elə bu səbəbə görə, rejim soydaşlarımıza təzyiq edir, onları əritməyə, yox etməyə çalışır. İranda bir ovuc erməni yaşayır. Buna baxmayaraq, onların öz dilində məktəbi, dərsliyi, kitabı var. Ermənilərə hər cür şərait yaradıblar və adını da qoyublar ki, ermənilər "dini azlıq” olduqları üçün onlara müxtəlif imkanlar verilir. Ancaq 35 milyonluq Azərbaycan türklərini, əsrlər boyu ölkədə hakim olmuş bir xalqın nümayəndələrini fars dilində danışmağa, onlara aid ləhcə ilə fikir bildirməyə məcbur edirlər. Hər dəfə yalandan deyirlər ki, "azərbaycanlılar bizim din qardaşımızdır”. Axı müsəlman digər müsəlman topluma bu qədər zülm edərmi? Hesab edirəm ki, yeni qanun soydaşlarımıza qarşı aparılan təzyiq siyasətini qanuniləşdirmək məqsədi güdür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya