Merkel çətinə düşəcək- EKSPERT




Almaniyada hakimiyyət uğrunda qızğın mübarizə olacaq.

Bunu Sherg.az-a Almaniya kansleri Angela Merkelin bu posta 4-cü dəfə  namizədliyini irəli sürməsinə münasibət bildirərkən politoloq Fikrət Sadıqov söyləyib. 
O, bildirib ki, Almaniyanın hazırki iqtisadi inkişafına baxdıqda xalqın hakimiyyətdəki partiyaya etimadını açıq görmək olar: 

"Almaniya hazırda miqrant problemi kimi bir sıra məsələrlə üz-üzədir. Bu səbəbdən sağçılar tərəfindən A. Merkelə qarşı bir sıra ittihamlar irəli sürülür. Düşünürəm ki, xanım kanslerin arxasında dayanan qüvvələr bundan narahat olaraq, onu yenidən kansler vəzifəsinə irəli sürməyi düşünür. Düzdür, bu qədər uzunmüddətli hakimiyyətdə qalma Avropada nadir hallarda baş verir. Lakin hazırda almanların hakimiyyətdəki partiyaya etimadı açıq-aşkar görünür. Bununla bərabər sağçıların aktivləşməsi A. Merkelin yenidən postuna təyin olunmasını çətinləşdirəcək”.

Qeyd edək ki, Berlində Xristian-Demokrat Partiyasının qurultayında çıxış edən Almaniya kansleri Angela Merkel növbəti seçkilərdə dördüncü dəfə Almaniya kansleri postu uğrunda mübarizə aparmağa hazır olduğunu bəyan edib.

Aysel Aslan