Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
08:07 21.02.2019
Arxiv
658
Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi mövcuddur və bu təcrübə əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı əsas yaradır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə nazirlikdə keçirilən görüşdə bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, nazirliyin fəaliyyət istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə dövlət sosial xidmətlərinin vahid mərkəzdən "bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni "DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin ardıcıl xarakter aldığını vurğulayan nazir dövlət başçısının cari ildə imzaladığı sənədlər əsasında bu istiqamətdə növbəti əhəmiyyətli addımların atıldığını deyib.
S.Babayev ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib. O, yeni Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankının aktiv texniki dəstəyinin, "Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işlərin önəmini diqqətə çatdırıb.
REKLAM
facebook.com
Daha ətraflı
Native Video by Adributor
Xanım M.Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm önəm kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlar və aktiv məşğulluq tədbirlərinin təşkili, bu sahədə dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi, əmək bazarı üzrə informasiya təminatının inkişaf etdirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm