Mətbuat Şurası şikayətləri araşdırdı
12:04 29.04.2019
Arxiv
470
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə MŞ-dən bildirilib.
Verilən məlumata görə, iclasda müzakirəyə çıxarılan ilk məsələ "Fireland Vineyards” MMC-nin "Dia.az” saytına qarşı şikayəti olub. Bu xüsusda son zamanlar "Dia.az” saytından şikayətlərin intensivləşdiyi, sayının çoxluğu və şikayətçilərin ciddi arqumentlərlə çıxış etdikləri önə çəkilib. Buna görə də razılığa gəlinib ki, saytla əlaqədar xüsusi müzakirə keçirilsin və daha geniş araşdırmalar aparılsın.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ABA TV-yə qarşı şikayətinin müzakirəsində sayt rəhbərliyi iradları qəbul edib. Şikayət doğuran materiallar dövriyyədən çıxarıldığı üçün məsələ qapanmış sayılıb. ABA TV-yə xəbərdarlıq edilərək bu sayaq məsələlərin təkrarlanmaması tövsiyə olunub.
Komissiya "Sipark İnşaat ” MMC-nin "7 news.az” saytına qarşı şikayətini də araşdırıb. "7 news.az” saytının rəhbəri Səbuhi Abbasov iclasda iştirak edib. Şikayətçi tərəf isə toplantıya qatılıb mövqeyini əsaslandırmadığı üçün iddia əsassız sayılıb və geri qaytarılıb.
Sumqayıt şəhər tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayevanın "Azbaku.org”, "Bakunews.az”, "Doqruxeber.az” və "Conflikt.az” saytlarına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, fəaliyyətləri narazılıq doğurmuş saytlar tutarlı arqumentlər gətirmədən məktəb direktoru barədə ittihamedici fikirlər səsləndiriblər, peşə prinsiplərinə zidd olaraq onun şəxsi həyatı ilə bağlı da əsassız məsələləri gündəmə gətiriblər. Qeyd edilən saytların nümayəndələri iclasda iştirak edib mövqelərini bildirmədikləri üçün məsələnin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılması razılığına gəlinib.
Kənd Təsərrüfati Nazirliyinin "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynovun "Realmedia”, "Teref.info”, "Bakunews.az” xəbər saytlarına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən saytlarda yayımlanmış materiallarda A. Hüseynovun fəaliyyətinə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzunu zədələmək üçün qondarma fikirlər yer alıb. Tənqid obyekti heç bir əsaslandırma olmadan müxalif düşərgədə dayanan ayrı-ayrı şəxslərlə və terrorçu FETÖ hərəkatı ilə əlaqələndirilib. Komissiya sözügelən materialları geniş miqyasda araşdırmaq üçün məsələni "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə