"Meyvə və tərəvəzin qiyməti ucuzlaşıb" - Ekspert





"Bir neçə gündür ki, bazarlarda meyvə və tərəvəzin qiyməti ucuzlaşıb". 

Bu barədə "Sherg.az"a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib. 

Onun sözlərinə görə, hətta paytaxtda məşhur marketlərdə belə məhsulların qiyməti kəskin şəkildə aşağı düşüb: 


"Onları indi daha sərfəli qiymətlərə əldə etmək olur. Bu ilk növbədə bolluqla bağlıdır. Bolluq yarandıqca bu cür məhsulların qiymətində uclaşma baş verir. Eyni zamanda istehlak bazarında yox, topdan və pərakəndə satış bazarında rəqabətin kəskinləşməsi buna şərait yaradır. Bu, əhali və satıcılar üçün sevindirici haldır. 

Bildiyimiz kimi Kənd Təsərüffatı Nazirliyinin tərkibində də dəyişikliklər olub. Ümid edirik ki, bu sahədə sözdə yox, hərəkətdə bütün lazımi işlər həyata keçiriləcək. Beləliklə də qiymətin ucuzlaşmasını daima müşahidə edərik. Qiymətlərin aşağı enməsinə səbəb məhsulların bolluğudur. Bolluq olduqca meyvə və tərəvəzin qiyməti ucuzlaşacaq". qalacaq.

Kənan Eynuroğlu.