Millət vəkili: "Hər məsələnin həllini dövlətdən gözləmək olmaz"
08:48 14.11.2018
Arxiv
587
"İnternat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması vacibdir"
Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı millət vəkili Jalə Əliyeva güzəştli ipoteka kreditləri məsələsinə toxunub.
Sherg.az xəbər verir ki, deputatın sözlərinə görə, bu kreditlər təkcə dövlət quluqçularına yox, həm də müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə verilməlidir:
"Bununla yanaşı düşünürəm ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması vacibdir. Həmçinin küçələrdə qalan uşaq və qadınlar üçün sığınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur.
"Mədəniyyət bir ölkənin pasportudur. Çünki bu bir çox sahələri özündə birləşdirir" - deyən J.Əliyeva qeyd edib ki, mədəniyyətə daha çox diqqət ayrılmalıdır:
"Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox diqqət ayırılmalıdır. İstər bədii, istərsə də sənədli filmlər olsun, illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir. Ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha çox vəsaitin ayrılmasına ehtiyac var. Bununla yanaşı demək istəyirəm ki, hər məsələnin həllini dövlətdən də gözləmək olmaz. İş adamları və özəl şirkətlər bu məsələdə aktiv olmalıdırlar. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsində sponsorluq məsələsinə toxunub. Dövlət özəl sektora kifayət qədər gözəl şərait yaradır. Özəl müəssisələr də bu məsələlərdə dövlətə yardımçı olmalıdır. O zaman inkişaf olacaq”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm