Millət vəkili hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13:44 13.11.2018
Arxiv
686
"Ölkə başçısının fərmanına uyğun olaraq, şəhid ailələrinə 11 manat məbləğində birdəfəlik yardım ödənilir. Hesab edirəm ki, 11 manatlıq yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət ediblər. Xahiş ediblər ki, onların problemini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət hər bir şəhid ailəsinə 1000-2000 manat yardım edə bilər”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında deyib.
Deputat qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsindən şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinə dövlət büdcəsindən 45,5 milyon manat vəsait ayrılıb:
"Eyni zamanda qaçqınlar və məcburi köçkünlərin mənzil tikintisinə görə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisinin cəmi qədər 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar, yoxsa yeni idman obyektlərinin tikintisi? Hesab edirəm ki, burada müəyyən ixtisarlar aparılmalıdır. Bu vəsaitlər 2-3 dəfə artırılmalıdır ki, biz bu insanları mənzillərlə təmin edə bilək”.
Onun sözlərinə görə, gələn il nəzərdə tutulur ki, ölkədə pensiya 241, orta aylıq əməkhaqqı isə 641 manat məbləğində olacaq. "Mən keçən dəfə təklif etdim ki, pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizinə qədər qaldırılsın. Hörmətli Samir Şərifov isə söylədi ki, dünyada bu 60 faizdir. Yaxşı, onda 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır”.
Deputat təhsil naziri Ceyhun Bayramovun gördüyü işləri, apardığı islahatları yüksək qiymətləndirib. "Hesab edirəm ki, orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir. Məncə, bunu etsək biz repetitorluğun qarşısını ala bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol