Millət vəkili narahatdır - "Bir nəfər də "repetitor"suz ali məktəbə qəbul olmur"




"Hökumət bütün çətinliklərə baxmayaraq, hər il 100 nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərə oxumağa göndərməlidir. 

"Xaricdə təhlis Dövlət Proqramı”na əsasən 2015-ci ilədək beş min tələbə xaricdə təhsil alamalı idi. Amma bu proqram sonadək yerinə yetirilmədi. Cəmi 3700 tələbə xaricə təhsilə göndərildi və onların da əksəriyyəti ölkəyə qaytımadı, xaricdə qaldılar". 

Sherg.az xəbər verir ki, bu sözləri parlamentdə büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkilinin sözlərinə görə, hələ ümummilli lider Heydər Əliyev azərbaycanlı gəncləri o vaxt "inoqradnı” adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərirdi: 

"Onların da əksəri keçmiş sovet ölkələrində qalırdılar və indi bizim diasporanın əsasını təşkil edirlər. Mən yenə də deyirəm ki, hökumət ildə 100 istedadlı gəncin xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaratmalıdır”.

Q.Həsənquliyev "repetitorluq”la bağlı da danışaraq deyib ki, elə bir tələbə yoxdur ki, "repetitor"suz ali məktəbə daxil olsun: "Bu gün araşdırsaq görərik ki, bir nəfər belə "repetitor"suz ali məktəbə daxil olmayıb. Bunun səbəbi odur ki, məktəbdə müəllimlər proqram üzrə dərs keçir, repetitoralr isə test üsulu ilə keçirlər. Ona görə yaxşı olar ki, təhsil sahəsində də islahatlar aparılsın. Məktəblərdə də dərsləri müəllimlər test üsulu ilə tədris etsinlər və şagirdlərə test üsulu ilə dərs keçsinlər”.

Anar