Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirir
09:26 17.02.2017
Arxiv
533
"Mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb”.
"Report”un məlumatına görə, bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova MM-də KİV rəhbərləri ilə görüşündə deyib.
B.Muradova bildirib ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb: "Həm dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.
O qeyd edib ki, bu gün Azərbaycan mətbuatı daim dövlətin diqqətindədir: "Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır.
Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimyyətin qanadlarından biri kimi parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının inkişafında, milli təfəkkürünün inkişafında, milli mənliyinin meydana gəlməsində mətbuatın kifayət qədər rolu olub:
"Bu gün əsas fikrimiz tanışlıqdır. Amma xahiş edirəm ki, biz bu görüşün statusunu aşağı salmayaq. Bu sayda media rəhbəri ilk dəfədir parlamentə toplaşıb. Məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir”.
O, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzetin fəaliyyət göstərdiyini, bir o qədər də elektron media portalının mövcud olduğunu xatırladıb: "Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hadisələrə müxtəlif aspektdən yanaşan mətbuatımız var. Bir məqsədimiz də odur ki, Milli Məclisin fəaliyyətini olduğu kimi göstərək. Bəzən bu istiqamətdə müəyyən tənqidlər ola bilər, lakin qərəzli yanaşma olmamalıdır”.
Qeyd edək ki, görüşdə B.Muradova və Ə.Amaşovla yanaşı MM Aparatının rəhbəri Səfa Mirzəyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, habelə, ölkənin aparıcı KİV-lərinin baş redaktorları iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya