Milli Məclisdə 15 yeni medalın təsis edilməsi təklif olunur
08:39 20.11.2020
Arxiv
424
Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, hazırda Azərbyacnın 10 ordeni və 64 medalı var:
“Prezident İlham Əliyev tərəfindən daha 2 orden, 15 medalın və bir yeni adın təsis edilməsi təklif edilib. Hazırda Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev Ordenidir.
Təklif edilir ki, ikinci ən yüksək təltif “Zəfər” Ordeni olsun, həmçinin “Qarabağ” ordeninin təsis olunması nəzərdə tutulur. Medallarla bağlı isə “Vətən müharibəsi Qəhrəmanı” medalı xüsusi əhəmiyyət kəsb edir. Bu medal Vətən müharibəsi adınının fərqlənmə nişanıdır.
“Vətən müharibəsi Qəhrəmanı” adı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə veriləcək. Vətən Müharibəsi Qəhrəmanı adı almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edəcək. Bu, sonrakı qanun layihələrində əksini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət