Milli Məclisin iclası başlayıb





Bu gün Milli Məclisin yaz sessiyasında ikinci iclası başlayıb. Sherg.az bildirir ki, toplantının gündəliyinə 6 məsələ daxildir.

Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılacaq, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Deputatlar Meşə, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxacaqlar.

Milli Məclis "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.