Milli Məclisin iclası keçirilir





Milli Məclisin növbəti plenar iclası keçirilir. 

Sherg.az bildirir ki, iclasın gündəliyinə 8 məsələ - "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi (ikinci oxunuşun davamı), "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Sərhəd qoşunları haqqında" qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Telekommunikasiya haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Reklam haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi və "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi daxildir.

Anar