Məsələyə münasibət bildirən millət vəkili Araz Əlizadə "Sherg.az"a açıqlamasında söyləyib ki, bu radikal müxalifəti 1988-ci ildən tanıyır:
"Milli Şura gücsüzlüyünü növbəti dəfə sübut etdi" - Biabırçılıq
14:50 31.01.2019
Arxiv
563
"Bu müxalifətin sosial bazası yoxdur. Xalq bilir ki, onları Azərbaycanın çiçəklənməsi yox, xaricdəki dairələrdən aldıqları qrant maraqlandırır"
Məsələyə münasibət bildirən millət vəkili Araz Əlizadə "Sherg.az"a açıqlamasında söyləyib ki, bu radikal müxalifəti 1988-ci ildən tanıyır:
Yanvarın 19-da "Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü "möhtəşəm aksiya"ya çevirəcəklərini bəyan edən "Milli Şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər.
Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və "Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan "möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir.
Ağız dolusu "xalqın dəstəyi” barədə danışan "liderlər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər. Bundan öncə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn "on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı.
O, deyirdi ki, polis qəsdən "milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər. Görəsən, "Milli Şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis onlara heç bir maneçilik törətməyib?
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Məsələyə münasibət bildirən millət vəkili Araz Əlizadə "Sherg.az"a açıqlamasında söyləyib ki, bu radikal müxalifəti 1988-ci ildən tanıyır: "Onlar nə xalqı düşünürlər, nə ölkəni, nə də ölkənin müstəqilliyini. Baxın, radikal müxalifət liderlərinin ailələri xaricdədir. Bu "lider"lərə sual vermək lazımdır ki, öz ailəniz Azərbaycanda yaşamırsa, siz niyə burada qalmısınız ? Onda cavab özü ortaya çıxır. Onlar burada oturublar ki, xaricdən qrant alsınlar və bunun müqabilində ölkəmizdə siyasi təxribatlar törətsinlər. Bir növ şou göstərirlər. "Milli Şura" 10 min tərəfdar deyəndə görəsən nəyi nəzərə tutur ? Haradadır bu 10 min tərəfdar, biz niyə görmürük ? Bu müxalifətin sosial bazası yoxdur. Xalq bunlara inanmır, çünki xalqı dəfələrlə aldadıblar. İnsanları öz siyasi və maddi maraqlarına qurban veriblər. Milləti 1990, 1993 və 2003-cü ildə xalqı meydanlara çıxarıb, sonra da ortada qoyub qaçıblar. İndi də 100-200 siyasiləşmiş adamla gedib Novxanıda səs-küy salıblar. Özləri deyib özləri də eşidir. Xalq artıq bu radikallara inanmır, çünki onların məkirli niyyətini bilir. Xalq bilir ki, onları Azərbaycanın çiçəklənməsi yox, xaricdəki dairələrdən aldıqları qrant maraqlandırır. Bununla da radikal müxalifət, "Milli Şura" artıq gücsüzlüyünü sübut etdi".
Millət vəkili onu da qeyd edib ki, 19 yanvar mitiqində struktur islahatları zamanı insanların işsiz qalmasına dair şüarlar səsləndirdilər.Amma bu şüarları də artıq puç oldu:
"Struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqları, şəhid ailələri ilə görüş, bununla bağlı verilmiş sərəncamlar bu radikalların yalan danışdığını bir daha üzə çıxardı. Ölkə rəhbərliyinin addımları onların "Azərbaycanda insanlar işsiz qalır" kimi təxribat xarakterli şüarlarının sabun köpüyündən başqa bir şey olmadığını göstərdi".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı