Millimiz bu gün Norveçlə çətin sınaq qarşısında
07:53 01.09.2017
Arxiv
464
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, VII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.
Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.
Ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Millimiz Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymaq niyyətindədi.
Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.
Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.
Komandamız uduzsa, mövqeyini əldən verəcək. Çünki xal hesabında yığmamıza çatacaq skandinaviyalılar əlavə göstəricilərdə 4-cü sıranı ələ alacaq. Bunun üçün də Prosineçkinin yetirmələri ən azı 1 xal qazanmalıdı.
Qeyd edək ki, "Ulleval” stadionundakı oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
DÇ-2018-in seçmə mərhələsi
1 sentyabr
22:45. Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis
Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)
Hakim-inspektor: Con Peter (İngiltərə)
Komissar: Nikolae Kamelia (Rumıniya)
Oslo. "Ulleval” stadionu
1.
Almaniya
6
6
0
0
27-1
18
2.
Şimali İrlandiya
6
4
1
1
11-2
13
3.
Çexiya
6
2
3
1
9-5
9
4.
Azərbaycan
6
2
1
3
3-9
7
5.
Norveç
6
1
1
4
6-10
4
6.
San Marino
6
0
0
6
1-30
0
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual