Mingəçevirdə mənzildən meyit tapılıb






Mingəçevir şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.