
“Minimum pensiyanın 200 manata çatdırılması əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq”
08:38 19.06.2019
Arxiv
1073
"Bu, əlbəttə aztəminatlı əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq
"Minimum əmək haqqının tariximizdə ən böyük artım həcmi ilə 70 manat artırılaraq 250 manata çatdırılması çox böyük irəliləyişdir”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, bundan başqa minimum pensiyanın oktyabrın 1-dən 200 manata çatdırılması da çox mühüm addımdır:

"Bu, əlbəttə aztəminatlı əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. 40-50 faizlik artım az deyil. Dünyada heç bir ölkədə belə artım faizi olmur. Bir sıra dövlət qulluqçularının maaşlarının kəskin artımını da nəzərə alsaq, çox böyük bir əhali kontingentini əhatə edəcək. Üstəlik, minimum maaş və pensiyanın həcmi dolayı yolla xeyli sahədə artımlara səbəb olacaq. Bir çox əməkhaqqı, mükafat, təqaüd və s. ödənişlər minimum maaşlara uyğun olaraq götürülür. Bəziləri qeyd edirlər ki, belə böyük artım inflyasiyaya rəvac verə bilər. Nəzəri cəhətdən bu mümkündür. Əvvəllər belə hallar praktikada da olub. Hökumətin əsas işi inflyasiyanın qarşısını almaqdır. Nəticə olaraq qiymətlərin sabit qalması şəraitində maaş və pensiyalarda baş verən artımlar aztəminatlı əhalinin sosial vəziyyətinə müsbət təsirini göstərəcək”.
İqtisadçı vurğulayıb ki, cənab Prezident əhalinin sosial müdafiəsinin gücləndiriləcəyinə, maaş və pensiyaların, müxtəlif müavinətlərin davamlı artırılacağına söz vermişdi:
"Bu ildən etibarən proses daha sürətli və ardıcıl temp alıb və şübhə yox ki, bundan sonra da davam edəcək. Lakin, əlbəttə sosial islahatlar və sosial müdafiənin gücləndirilməsi təkcə maaş və pensiyaların artımı ilə məhdudlaşmır. Dövlət məşğulluğun artırılması, qeyri-neft sektorunda istehsalın artması üçün müxtəlif proqramlar həyata keçirir. Bunlar da sosial rifaha müsbət təsir göstərir. Əminəm ki, dövlət başsısının hökumətin qarşısına qoyduğu məqsədlərə qısa müddətdə nail olunacaq. Bunun üçün hər cür imkanlar və siyasi iradə var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol