Minlərlə insanın pensiyası artacaq - ŞAD XƏBƏR




Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləğdə növbəti dəfə artım olub.

Bu barədə "Sherg.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkədə minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Bu artım 660 min nəfəri əhatə edəcək. Bunun üçün illik 216 milyon manat, 2019-cu ilin oktyabr və dekabr ayları üçün isə 62 milyon manat ayrılacaq.