
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:26 19.11.2018
Arxiv
520
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib
Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib:
"Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər – poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib".
Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, "Qala”, "Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.
Hamınıza "Çox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm.
Sonra Leyla Əliyeva öz şeirini oxuyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual