Mosulda İŞİD qüvvələri müqavimət göstərir - Baş nazir




İraq ordusu Mosulda İŞİD döyüşçülərinin son qalıqlarını məhv etmək üçün Mosulda axtarışlar həyata keçirib. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Haydar Al Abadi məlumat verib.

O qeyd edib ki, Mosulda son təmizləmələr aparılır. Mosul sakinləri də qeyd ediblər ki, şəhərin səmasında hökumətə məxsus helikopterlər görüblər və partlayış səsləri eşidiblər. 

Qeyd edək ki, 4 gün öncə Haydar al Abadi televiziya xalq müraciət edərək rəsmi elan verib və elanda İraq ordusunun Mosulda İraq üzərində qələbə çaldığını bəyan edib. 

Ayyət Əhməd