MŞ sədri: "Tanınmışları təhqir edən trollar bir mərkəzdən idarə olunur"
14:47 23.07.2018
Arxiv
554
"Sosial şəbəkələrdə mətbuat nümayəndələrinə, tanınmış şəxslərə qarşı hərəkətə keçən saxta profillərin, trolların arxasında bəzi qüvvələr dayanır”.
Bu barədə "Sherg.az”a son zamanlar sosial şəbəkələrdə trolların artmasının səbəblərin izah edərkən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib. O diqqətə çatdırıb ki, həmin saxta profillərin sahibləri sanki bir mərkəzdən idarə olunur:
"Bu cür trolların meydana çıxması təəccübləndirici deyil. Çünki Azərbaycan mətbuatı kifayət qədər inkişaf edib. 90-cı illərdən fərqli olaraq, hazırda Azərbaycana qarşı basqılar olanda, mediamız onlara cavab verməkdə çətinlik çəkmir. Üstəlik, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, siyasi və dünya əhəmiyyətli iqtisadi layihələr informasiya məkanında ölkəmizə qarşı təxribatların artmasına səbəb olur. Kənardan olan basqılar artır, məmurlarımıza qarşı hətta təhqirlər baş qaldırır.
Düşünürlər ki, Azərbaycan Şərq ölkəsidir, burada asanlıqla təxribat törətmək, dinlər arasında iqtidar və vətəndaşlar arasında narazılıq yaratmaq olar. Azərbaycanı zəif görmək, ölkəmiz vasitəsilə niyyətlərinə çatmaq istəyən qüvvələr hətta bəzi məqamlarda Azərbaycanın konstitusion quruluşundan narazılıq ifadə edirlər. Səbəb isə odur ki, Azərbaycan varlı dövlətdir, nefti, qazı var. Ona görə, Azərbaycanın inkişafı ilə razılaşmayan, bizə qarşı çıxan qüvvələr də meydana gəlir. Bu qüvvələr ölkəmizi zəiflətməyə çalışırlar”.
Ə.Amaşov bu cür qüvvələrin mətbuat nümayəndələrini ayrı-ayrı təbəqəyə bölərək, narazılıq yaratmağa çalışdığını vurğulayıb:
"Məsələn, 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar jurnalistləri təbrik edərkən "əsl jurnalistləri təbrik edirik”, "mətbuat pis gündədir” və s. ifadələr işlədənlər olur. Halbuki bu şəxslərin fikirləri əsassızdır. Azərbaycan jurnalistikası xüsusilə son illərdə çevikliyi, aktivliyi ilə seçilir. Düzdür, zaman dəyişir, yeni tələblər, müasir texnologiyalar yaranır. Yeni çağırışlara cavab vermək, texnoloji imkanları artırmaq məsələləri tamam ayrı məsələlərdir. Bu problemlər hər zaman olur və zamanla həllini tapır. Əslində, bu cür çətinliklər olmasa, inkişaf da olmaz. Amma bu cür problemlərə köklənib, bütün mətbuatı günahlandırmağa çalışmaq düzgün deyil. Sağlam tənqid olsa, qarşılıqlı dialoq şəklində müzakirələr aparılsa, daha çox inkişafa nail ola bilərik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət