MTRŞ: Televiziya kanalları reklamın qanunla müəyyən edilmiş həcminə əməl etmirlər
06:22 14.01.2019
Arxiv
257
İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.
Belə k, telekanalların yayım zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2-ci (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.
Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib. Belə ki, bəzi kanalların xəbər buraxılışlarında xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb.
İl ərzində aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib. Bu isə həm də "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.
Monitorinqlər zamanı "Reklam haqqında” Qanunun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib.
Bundan başqa, "Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanıb (2.2-ci maddə: Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır).
Bir sıra özəl yayımçıların efirində "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri də mütəmadi olaraq pozulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol