Müdafiə naziri sosial şəbəkələrdə təhdid edildi





Tailand baş nazirinin müavini və müdafiə naziri, general Pravit Vonqsuvana sosial şəbəkələrdən ölüm təhdidləri gəlir.
İKT.lent.az-ın "Bangkok Post” nəşrinə istinadən məlumatına görə, qeyd edilir ki, bu təhdidlər real olaraq qəbul edilib və nazirin təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb.

Quru Qoşunlarının komandanı Çalemçay Sittxisat bildirib ki, nazirə qarşı sui-qəsdin olub-olmamasından asılı olmayaraq, bu təhdidləri dərc edənləri tapacaq və məsuliyyətə cəlb edəcəklər.