Müdafiə Nazirliyində Türkiyəli hərbçilərlə görüş keçirilib
12:44 05.07.2017
Arxiv
545
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməli Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Tədbirdə belə görüşlərin müntəzəm keçirilməsinin qabaqcıl təcrübə mübadiləsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.
Qonaqlar adından çıxış edən Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri istefada olan korpus generalı Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirərək, qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də türk xalqı Azərbaycanla həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.
Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya