Müəllim: "Elə çimdik alacam ki, qanın töküləcək"- QALMAQAL
12:50 18.09.2017
Arxiv
738
Yeni dərs ili başlar-başlamaz məktəblərdən şikayətlər gəlməkdədir. Abşeronun Saray qəsəbəsində 3 saylı məktəbin birinci sinif şagirdi Vaqif Balayev müəllimi tərəfindən şiddətə məruz qalıb. Bu barədə Lent.az-a Vaqifin valideyni Aytən Əliyeva məlumat verib.
Onun sözlərinə görə, uşaq sinifdən çıxanda vahimə içində olub və müəlliminin onu vurduğunu deyib:
- Sentyabrın 15-də sadəcə şəkil çəkdirib evə gəldik. İlk dəfə bu gün uşaq müəllimi görüb. Sinif otağından müəllimin səsi gəlirdi. Elə hey balacalara qışqırırdı. Oğlum dərsdən çıxanda gördüm əhvalı yaxşı deyil. Soruşdum, dedi, müəllim məni vurdu. Sonra bütün uşaqlara deyib ki, ayağınızı divara vursanız, ayaqlarınızı kəsərəm, evə qulaqsız, ayaqsız gedərsiniz.
Birinci sinif şagirdinə qarşı ağlasığmaz hərəkəti məktəbin rus bölməsi üzrə müəllimi Təranə Kair qızı edib. Təzə dəftər-kitablarına maraq göstərən Vaqif dəftərlərini açıb baxmaq istəyib. Bu da müəllimin xoşuna gəlməyib və uşağın əlindən çimdikləyib. Üstəlik xəbərdarlıq da edib ki, bu hərəkəti bir daha edərsə, elə çimdik alacaq ki, qanı töküləcək.
A. Əliyeva əslində Vaqifi başqa müəllimin sinfinə qoyduğunu deyir.
- Uşağı Yeganə müəllimin sinfinə qoymuşdum. Analıq məzuniyyətində idi, sonra də işdən çıxıb. Bu haqda məktəb rəhbərliyi tərəfindən sinfin heç bir valideyninə məlumat verilməyib. Biz Yeganə müəllimi gözləyirdik, Təranə müəllim gəldi. Direktor dedi, əvəzedici müəllimdir. Nazirliyə məlumat verib, Yeganə müəllimin yerinə təzə müəllim gələcək. Gəlməsə, elə Təranə müəllim dərs keçəcək. Təranə müəllimin isə öz sinfi var. İkinci siniflərə dərs keçir.
A. Əliyeva uşaqlarla düzgün davranmağı bilməyən Təranə müəllimin övladına dərs keçməsini istəmir: "Bu haqda Təhsil Nazirliyinə, Təhsil İdarəsinə də şikayət etmişəm".
Bütün yayı həvəslə məktəbi gözləyən Vaqif indi məktəbə getmək istəmir.
- Vaqif çox qorxub. Məktəbə getmək istəmir. Bilmirəm, sabah onu məktəbə necə aparacağam?! Onun hələ 6 yaşı var. Müəllim məktəbi sevdirmək əvəzində, əksinə məktəbdən soyudur. Onun hələ 6 yaşı var. Psixoloji travma alıb. Müəllimin cəzalanmasını istəyirəm.
Məsələ ilə bağlı Abşeron rayon Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Lent.az-a məsələnin araşdırıldığını, əlavə məlumat verə bilməyəcəklərini dedilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət