Müəllimlərin yerdəyişməsi üçün imtahan verməsi mənasızdır
21:23 04.07.2017
Arxiv
482
Pedaqoqlar onsuz da Təhsil Nazirliyinin tabeçiliyindəki məktəblərdə fəaliyyət göstərirlər
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda qismən dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.
Qeyd edək ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Proses iyulun 14-dək davam edəcək.
Sözügedən dəyişikliyi dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə "Şərq”ə açıqlamasında, ümumiyyətlə, müəllimlərin yerdəyişməsi üçün imtahan verməsini doğru hesab etmədiyini deyib. Onun fikrincə, pedaqoqlar onsuz da Təhsil Nazirliyinin tabeçiliyindəki məktəblərdə fəaliyyət göstərirlər. Onların bir məktəbdən digər məktəbə yerdəyişməsi üçün yenidən imtahana cəlb olunmasının nə mənası var ki:
"Əgər hərbiçi xidməti ilə əlaqədar bir rayondan digər rayona gedirsə, o zaman onun həyat yoldaşı da haqlı olaraq ərinin xidmət edəcəyi yeni rayona getməlidir. Onu yenidən imtahana cəlb etmək müəllimlər üçün vaxt itkisindən başqa bir şey deyil.
Əgər hansısa müəllim əsaslı olaraq digər rayonun məktəbində çalışmaq istəyirsə, bunun obyektiv və subyektiv tərəfləri araşdırılmalıdır. Getmək istədiyi məktəbdə həmin fənni tədris etmək üçün dərs saatları mövcuddursa, yerdəyişmə aparılmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya