Qoşunların təmas xəttində aparılan monitorinqlər əvvəlkilər kimi formal və əhəmiyyətsizdir
Mülki əhaliyə atəş açan onlardır
08:30 15.01.2019
Arxiv
326
Amma Kasprşik bir dəfə də olsun erməniləri suçlamayıb
Qoşunların təmas xəttində aparılan monitorinqlər əvvəlkilər kimi formal və əhəmiyyətsizdir
Qoşunların təmas xəttində aparılan monitorinqlər əvvəlkilər kimi formal və əhəmiyyətsizdir
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutacaq.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, bu monitorinq də əvvəlkilər kimi formal və əhəmiyyətsizdir:
"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik illərdir eyni funksiyanı yerinə yetirir. Hər şeydən əvvəl onun 20 ildən çoxdur bu vəzifəni icra etməsi Avropa qaydalarına uyğun gəlmir. Qoşunların təmas xəttində keçirdiyi monitorinqlərin məqsədi isə onun işlədiyi görüntüsünü yaratmaqdan başqa bir şey deyil.
Bu adam vəzifəyə təyin olunduğu gündən bəri müntəzəm olaraq keçirdiyi formal monitorinqlərlə baş qatır. Cəbhə xəttində gördüyü faktların heç birinə obyektiv qiymət vermir. Regiona səfəri çərçivəsində Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərləri ilə görüşür.
Halbuki, buna heç bir ehtiyac yoxdur. Deməli, Kasprşikin səfərləri, monitorinqləri ancaq separatçıların təbliğatını aparır. Dəfələrlə olub ki, ATƏT nümayəndələrinin gözü qarşısında ermənilər atəşkəsi kobud şəkildə pozublar, amma onların heç bir hesabatında bu fakt öz əksini tapmayıb. Fikrimcə, onların bu şəkildə formal fəaliyyəti heç kimə lazım deyil. Cəbhə xəttində yaşanan gərginlik, xüsusən də mülki əhaliyə atəş açılması ilə bağlı Azərbaycan tərəfi dəfələrlə ATƏT-ə müraciət edib. Amma monitorinq edənlərin Azərbaycana ürəyi yanmır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya