Ötən gün Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş baş tutub.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə təşkil olunan görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilib. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində müzakirələr aparılıb. Amma münaqişənin ədalətli həllinə dair heç bir müsbət nəticə əldə olunmayıb.
Görüşü şərh edən politoloq Mübariz Əhmədoğlu "Sherg.az"a açıqlamasında qeyd edib ki, Ermənistanın danışıqlarda razılığa gəlməməsi həmsədr dövlətlərin göstərdiyi variantların hamısının Azərbaycanın xeyrinə olması ilə əlaqədardır:

"Hazıda iki dövlət arasında danışıqların tənzimlənməsi barədə ATƏT-in Minsk qrupunu bildirdiyi variant fonunda əlimizdə üç mövqe mövcutdur. Bunlar ikisi Ermənistanın baş nazinə, biri isə bizim cənab Prezidentimizə mənsubdur.
N.Paşinyan birinci mövqeyində bu günə kimi Qağlıq Qarabağ məsələsi ilə bağlı bizim haqqımızda heç kim dəqiq məlumat açıqlammadığını,bütün amillərin qaranlıq qaldığını bildirib. İşğalçı ölkə baş nazirinin ikinci mövqeyində Dağlıq Qarabağ haqqında Minsk qurupunun Ermənistana təqdim etdiyi variantlar içərisində hər hansısa bir məlumat olmadığını, amma bəzi ərazilərin Azərbaycana qaytarılmasının tələb olunduğunu diqqətə çatdırıb.
N.Paşinyan açıqlayıb ki, nə Serj Sarkisiyanın, nə də özünün üç aylıq hakimiyyəti dövründə həmsədr dövlətlərin mövqeyində Ermənistanın xeyrinə hər hansı bir sənəd olub. Ölkə prezitentimiz isə parlamentdə çıxışı zamanı bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Yəni Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın ərazi bütovlüyü çərçivəsində olacaq. Bu üç bəyanat onu göstərir ki, həmsədr dövlətlərin qərarları Ermənistanı qane etmir. Hazırda onlar bəhanə axtarmaqla məşğuldurlar.
Ermənistanın xarici işlər naziri konstruktiv mühitin olmasını, Dağlıq Qarabağ məsələsinin başlanmasının səbəblərini ortalığa atır. Paşinyan da demokratyanın olmasını, demokratik dövlətlərin fikir mübadiləsi ilə bu məsələnin həll olunmasını istəyir. Yəni Ermənistan tərəfi əlacsızlıqdan bəhanələr yaradır. Çünki ortada olan mövqelər onların xeyirlərinə deyil.
Başa düşürlər ki, N. Paşinyan hökuməti həmsədr dövlətlərin ortaya qoyduğu variantlara razılıq versə, bu, onların hakimiyyətinin sonudur. Bütün Ermənistan buna görə ayağa qalxacaq. Həmsədr dövlətlər də hələ ki gözləyirlər və inanırlar ki, oktyabr ayında N. Paşinyan razılıq verəcək”.
Kənan Eynuroğlu