Mürəkkəb vəziyyət yaranıb
20:41 06.09.2017
Arxiv
523
Saakaşvilinin Gürcüstana ekstradisiyası mümkündür
Gürcüstan eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin ekstradisiyası tələbi ilə Ukraynaya müraciət edib. Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov da təsdiq edib ki, Ukrayna Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.
Xatırladaq ki, Ukrayna vətəndaşlığı ləğv edilən Saakaşvili hazırda ABŞ-da pedaqoji fəaliyyətlə məşğuldur. Onun Ukraynaya geri dönəcəyi gözlənilir.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov çox mürəkkəb bir situasiyanın yarandığını bildirib.
Ekspertin sözlərinə görə, Ukrayna rəhbərliyi müxtəlif bəhanələrlə Saakaşvilinin vətəndaşlıq hüququnu əlindən alıb:
"Eks-qubernator öz prinsiplərinə sadiq qalaraq heç bir günahının olmadığını, hansısa qanun pozuntusuna yol vermədiyini deyir. Ona görə də Ukraynaya qayıdacağını, mübarizəyə davam edəcəyini iddia edir. Vurğulayım ki, hazırda Ukrayna-Gürcüstan münasibətləri yüksək səviyyədədir. Xüsusən, Ukrayna Prezidenti Poroşenkonun Gürcüstana səfərindən sonra iki dövlət arasında əlaqələr daha da inkişaf edib.
İkili münasibətlər imkan verir ki, Saakaşvili sözünə əməl edərək Ukraynaya qayıdacağı təqdirdə, sərhəddi keçən kimi ölkə qanunlarına əsasən pasportu əlindən alınsın və Gürcüstana təhvil verilsin. Yəni Saakaşvilinin Gürcüstana ekstradisiyası mümkündür. Çünki Ukraynaya daxil olan sabiq qubernatorun şəxsiyyətini təsdiq edən sənəddən məhrum edilməsi ona ciddi problemlər yaradacaq. Nəzərə almaq lazımdır ki, hər şeyin arxasında siyasi məqamlar dayanır. Siyasi məqamlar Ukrayna-Gürcüstan əlaqələri və Saakaşvili ilə Poroşenko arasında olan kəskin münasibətdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq