Musa Urudun şeirlər kitabı ingilis dilində çapdan çıxıb
16:41 19.02.2019
Arxiv
1279
"Mütərcim” Nəşriyyat Evi şair Musa Urudun şeirlər kitabını ingilis dilində çap edib.
"Sherg.az" xəbər verir ki,"Sevgiyə aparan yol” (The Way To Love) adlanan kitaba şairin son illər qələmə aldığı 33 şeiri daxil edilib. Şeirləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub. Tərcüməçi kitaba ön söz də yazıb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Musa Urud müasir poeziyamızın istedadlı nümayəndələrindən biridir, o, həm də millət vəkilidir. Onun şeirlərinin əsas mövzusu Vətən, torpaq sevgisi, yurd həsrətidir. Bu da təsadüfi deyil. Musa Urud Qərbi Azərbaycanda, Zəngəzur qəzasının Qarakilsə rayonunun Urud kəndində anadan olub. Bu yerlərdə onun atası, anası, babaları, ulu babaları əsrlərlə yaşayıblar; ermənilər 1988-ci ildə bir milyondan çox azərbaycanlını doğma tarixi torpaqlarından qovublar. Musa Urudun ailəsi də məcburi deportasiya edilmiş ailələrdən biridir...
Ön sözdə bu məlumatlarla yanaşı, Musa Urudun Azərbaycan poeziyasında yeri və rolu barədə də əcnəbi oxuculara qısa məlumat verilir. Qeyd edilir ki, şairin şeirlərində əsas yeri həyat lövhələri və doğma yurdunun təbiət mənzərələri tutur; ənənəvi şeirin forma və metodlarına sadiq qalan Musa Urudun poeziyası yeni cərəyan və dəblərdən uzaqdır və o, sırf milli şairdir. Musa universal klassik mövzulardan yazan şair kimi həm də müasirdir, portret təsvirlərində xalqın canlı danışıq dilinə bağlıdır.
Kitaba daxil edilmiş poetik şeirlərin əksəriyyəti sərbəst vəznlidir, burda tipik yeni ədəbi nümunələr var. Bütün bunlarla yanaşı, şeirlərin açarı "bir parça Vətən torpağı”dır ki, şair bunu həyatının əsas ağrısı və sevgisi adlandırır. Şairin Vətənə, Həyata, İnsana, Dostlara, Ailəyə, Dünyaya... sevgisi poetik fikirlərlə zəngindir. "Bir parça Vətən torpağı” (A Piece of Homeland), "Mən bir tənha ağacam” (I am a Lone Tree), "Alma ağacı” (The Apple Tree), "Salam, Türkiyə!” (Hello, Turkey!), "Yol ayrıcında” (At the Crossroad), "Ölüm mələyinə məktub” (Letter to Angel of Death), "Su mələyi” (The Water-Nymph) və s. nümunələr bu qəbildəndir.
İngilis dilində çap olunan bu toplu "Mütərcim” Nəşriyyat Evinin "Müasir Azərbaycan poeziyası” seriyasından olan sayca on ikinci kitabıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya