Musa Yaqubdan xəbər var:"Bir az özünə gəlib" - Ailəsindən məlumat





"Musa müəllim evindədir, evdə müalicə olunur. Bir az narahatdır". 

Bunu "Sherg.az"a tanınmış şair Musa Yaqubun ailəsindən bildirilib. Məlumatda qeyd olunub ki, şair həkimdən yenicə gəlib: 

"Ayda bir dəfə aparıb yoxlatdırırıq. Ürəyinə su yığılmışdı. O da təngənəfəslik verirdi. Hazırda ürəyindəki su çəkilib. Nəfəs almağı bir az düzəlib. Parkinsondan da əziyyət çəkir".  

Qeyd edək ki, Azərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problemin bir az da ciddiləşdiyi bildirilir. Bununla bağlı Xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı məlumat verib.
O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonu, Buynuz kəndinə gedib:

"Çox zəifəyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir”.
Ayyət Əhməd