NATO Baş katibi niyə Azərbaycana və Bakı-Tbilisi-Qars layihəsinə diqqət çəkib ? – İzah
11:26 05.04.2019
Arxiv
794
NATO-nun Baş katibi Yens Stoltenberq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin möhtəşəm layihə olduğunu bildirib. Baş katibin sözlərinə görə, ölkəmizin uğurlu layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya çıxış üçün olduqca vacibdir.
Y.StoltenberqBakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.
Baş katibin açıqlamasını "Sherg.az”a dəyərləndirən millət vəkili Vahid Əhmədov Azərbaycanın NATO üçün çox əhəmiyyətli olduğunu qeyd edib.
Deputatın sözlərinə görə, ölkəmiz uzun müddətdir ki, NATO ilə əməkdaşlıq edir:
"Xüsusilə Əfqanstanda çoxlu sayda əsgər və zabitlərimiz var. Onlar mütəmadi olaraq əhalinin təhlükəsizliyini qorumaqla məşğuldurlar. NATO-nun əməkdaşlıq çərçivəsi imzalanmış protokollara və müqavilələrə uyğun aparılır.
Ona görə də baş katib bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və bu dəmir yolu vasitəsilə müəyyən yüklərin daşınmasını diqqətə çəkdi. Bütün bunlar isə Azərbaycanın NATO üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Doğurdan da son illər Azərbaycanda gedən islahatlar, bütün sahələrdə aparılan inkişaf ölkəmizin dünyada reytinqini yüksəldir. Azərbaycan hərbi sahədə də bir çox dövlətlərlə əlaqələr yaradır. Bütün bunlarla yanaşı NATO-nun baş katibinin Azərbaycanla əlaqədar yüksək səviyyədə söylədiyi fikirlər diqqətəlayiqdir.
Bu, ölkəmizin xarici siyasətinin önəmli məqamlarından biridir. Hələ xarici işlər naziri Elmar Məmmədyarovun görüşləri, söylədiyi fikrilər əyani sübutdur ki, Azərbaycan xarici əməkdaşlıqda və siyasətdə kifayət qədər öndə gedən dövlətlərdən biridir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə