Nazir: Azərbaycan Çində ticarət və şərab evləri açmaqda davam edəcək
10:48 14.11.2018
Arxiv
616
Azərbaycan Çinə daha çox kənd təsərrüfatı məhsulu, o cümlədən pambıq, tütün, üzüm, eləcə də alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər.
"Sher.az"ın məlumatına görə, bunu Çinin "Global Times” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, Azərbaycanla Çin arasında qarşılıqlı ticarət həcminin artırılması üçün bir sıra addımlar atılıb:
"Ötən ilin sonunda Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olunub. Bu ilin sentyabrında Urumçidə şərab evi, Luçjouda ticarət evi və Şanxay azad ticarət zonasında daha bir şərab evi açılıb. Azərbaycan məhsulları DIG supermarketlər şəbəkəsində satılır və yaxın zamanlarda Şanxayda "G-Super” supermarketlər şəbəkəsində satılmağa başlayacaq”.
Nazir əlavə edib ki, Azərbaycan Çində ticarət və şərab evləri açmağa davam edəcək.
Ş.Mustafayev bildirib ki, Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 800 milyon dollar investisiya yerləşdirib və ölkədə Çin kapitalı ilə 112 şirkət fəaliyyət göstərir.
Nazirin sözlərinə görə, Çin və Azərbaycan yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edə bilər. O, Azərbaycanda "Huawei” və ZTE şirkətlərinin uğurlu fəaliyyətini nümunə gətirib.
Daha sonra nazir turizm sahəsində uğurla əməkdaşlığı qeyd edib. O bildirib ki, ötən il ərzində Azərbaycana gəlmiş çinli turistlərin sayı 62 faiz artıb və əlavə edib ki, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya