Nazir: “Azərbaycan sülh yolu ilə həllin tərəfdarı idi, ancaq Ermənistan...”
14:44 11.11.2020
Arxiv
355
İsrailin aparıcı mətbu orqanlarından olan, ingilis və ivrit dillərində dərc olunan “İsrael HaYom” qəzetində Xarici İşlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər naziri Ceyhun Bayramov qəzetin bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də, Azərbaycan-İsrail ikitərəfli münasibətləri, Azərbaycanda mövcud olan tolerantlıq mühiti və yəhudilərin ölkədə əsrlərlə sülh şəraitində yaşaması ilə bağlı suallarını cavablandırıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən bəhs edib.
O, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları, həmçinin, danışıqlar prosesində tutduğu destruktiv mövqeyinin bölgədəki son gərginliyə gətirib çıxardığını bildirib.
Nazir Azərbaycanın ərazi bütövlüyünün heç bir zaman danışıqlar predmeti olmadığını vurğulayıb.
Nazir Ceyhun Bayramov Yaxın Şərq sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. O, Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini və “İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edib. Nazir, habelə ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov müsahibəsində Azərbaycanda yəhudilərin azərbaycanlılarla birgə əsrlər boyu yaşadıqlarını qeyd edib və bu gözəl ənənənin bu gündə davam etdiyini qürur hissi ilə vurğulayıb. Həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının Azərbaycan-İsrail münasibətlərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini qeyd edib və bunun münasibətlərin inkişafında aparıcı rol oynadığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq