Nazir: Bu il özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur
08:43 31.01.2019
Arxiv
491
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib. Ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub.
"Sherg.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Televiziyasına müsahibəsində bildirib.
Nazir aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. Proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirən S.Babayev qeyd edib ki, özünüməşğulluq proqramı ildə 7-8 min ailəni əhatə edir. Bu da faktiki olaraq ildə 7-8 min mikro müəsissənin və təsərrüfatın yaradılması deməkdir. 2019-cu ildə də özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur.
S.Babayev il ərzində aktivlərin verilməsi prosesinin ardıcıl şəkildə davam edəcəyini diqqətə çatdırıb.
Nazir proqram çərçivəsində ayrı-ayrı sənətkarlıq növləri üzrə kiçik təsərrüfatını quranların da olduğunu, ötən il proqram iştirakçılarından 1000 nəfərə qədərini belə şəxslər təşkil etdiyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm