Nazir əsgərlərlə birlikdə nahar edib
07:23 16.09.2016
Arxiv
289
Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub. Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, müdafiə naziri ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib. Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə baxış keçirilib.
"N" saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb, ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib. Nazir əsgərlərlə birlikdə nahar edib.
Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib.
Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu döyüş tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıran nazir coğrafi baxımdan strateji əhəmiyyətli məkanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi intizamın və sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu bir daha qeyd edib.
Müdafiə naziri ölkə və muxtar respublika rəhbərliyinin daim diqqəti ilə əhatə olunan Ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə, kəşfiyyat-müşahidə və digər müdafiə əhəmiyyətli hərbi cihaz və avadanlıqların olduğunu xüsusi vurğulayıb.
Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş, hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm