Lakin Qarabağın həlli ilə bağlı əsaslı dəyişiklik gözlənilmir
Nazirlərin görüşündə yeni təkliflər ola bilər
20:30 03.07.2017
Arxiv
463
“Həmsədrlərin də niyyəti münaqişəni həll etmək deyil, sadəcə yenidən alovlanmasının qarşısını almaqdır”
Lakin Qarabağın həlli ilə bağlı əsaslı dəyişiklik gözlənilmir
Lakin Qarabağın həlli ilə bağlı əsaslı dəyişiklik gözlənilmir
İyulun 11-də Avstriyanın Mauerbax şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazirlərin görüşünə ATƏT-in Minsk Qrupunun üç həmsədri də qatılacaq. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və son günlər cəbhə xəttində artan gərginlik müzakirə ediləcək.
Görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində baş tutacaq. Hazırda görüşün təşkili üzərində iş aparıldığı bildirilir.
Planlanan görüşlə bağlı "Şərq”ə açıqlama verən "Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, nazirlərin bir araya gəlməsini tamamilə mənasız hesab etmək doğru deyil. Ekspertin sözlərinə görə, istənilən halda Avropa ölkəsində Qarabağ münaqişəsinin gündəmə gəlməsi, Azərbaycan torpaqlarının işğal edilməsi faktının vurğulanması müsbət haldır:
"Görüşün nəticəsi haqda konkret fikir söyləmək tezdir. Ola bilər həmsədrlər hansısa təklif irəli sürdülər. Bunun ən bariz nümunəsini Madrid prinsipləri çərçivəsində gördük. Düzdür, yenidən hər hansı təklifin gündəmə gəlmə ehtimalı azdır. Ən azından rəsmi Bakı yenidən öz mövqeyini sərgiləmək və işğalçı dövlətin təcavüzkar siyasətini ifşa etmək üçün növbəti imkan əldə edəcək. Məqsədimiz odur ki, münaqişə ədalətli şəkildə həll edilsin, torpaqlarımız işğaldan azad olunsun, qaçqınlarımız öz doğma yurd-yuvasına qayıtsın. Amma düşmən ölkənin məqsədi tamamilə başqadır. Həmsədrlərin də niyyəti münaqişəni həll etmək deyil, sadəcə yenidən alovlanmasın”. Analitik bildirib ki, hazırda vasitəçiləri narahat edən əsas məsələ cəbhə bölgəsindəki gərginlikdir: "Onlar görüş zamanı tərəflərə müraciət edəcəklər ki, "lokal toqquşmalardan çəkinin, təmas xəttində gərginliyi azaldın” və s. Ancaq həmsədrlərin çağırışları mənasızdır. Çünki nə Ermənistan öz təxribatlarına son verəcək, nə də Azərbaycan düşmənin hərəkətlərini cavabsız qoyacaq. Bu mənada görüşdən xüsusi gözləntim yoxdur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya