Nazirlik qolu sınıq halda küçə süpürən qadının GƏLİRLƏRİNİ AÇIQLADI
07:46 21.07.2018
Arxiv
377
"Son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir”. Lent.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar:
"Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib.
Bundan başqa N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib”.
Nazirlik rəsmisi bu məsələdə KİV nümayəndələrinin, xüsusilə İTV kanalının xüsusi həssaslığını yüksək qiymətləndirdiklərini əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya