Nazirliklə icra hakimiyyəti arasında ziddiyyət yaranırdı
09:49 01.11.2016
Arxiv
503
Prezidentin fərmanı mədəni-maarif idarələrinin işinə müsbət təsir edəcək
Yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib. Məlumata görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub.
Yeniliyi müsbət dəyərləndirən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə söyləyib ki, Prezidentin imzaladığı fərmanı müzakirəyə çıxarmaq olmaz: "Ölkə başçısı bu əlavə və dəyişiklikləri məqsədəuyğun hesab etdiyi üçün bunu ancaq müsbət saymaq olar. Cənab Prezident tərəfindən qəbul edilən məsələləri müzakirə etməyə ehtiyac yoxdur”.
Fərmanın mahiyyətindən söz açan ekspertin sözlərinə görə, mərkəzləşmiş qaydada mədəniyyətlə bağlı dövlət siyasətini Mədəniyyət və Turizm Nazirliyi (MTN) həyata keçirdiyinə görə, bu işi onun öhdəsinə həvalə etmək məqsədəuyğundur: "Bu hal həm nazirliyin məsuliyyətini artırar, həm də bu nazirlik öz kadrlarına məsuliyyət daşıyar. Əvvəllər həmin quruma kadrların seçilməsi üçün nazirliklə icra arasında ikitirəlik yaranırdı. Pərakəndəlik ola bilərdi. Amma indi konkret olaraq bu işlər MTN-ə həvalə olunur. Bu mənada atılan addımı zəruri hesab edirəm və müsbət dəyərləndirirəm”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm