"Nə yolla olur olsun, girovlarımızı azad edəcəyik" - Açıqlama
16:31 16.02.2017
Arxiv
1397
"Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının qarantıdır”.
Bunu Sherg.az-a bu yaxınlarda Ermənistandakı girovumuz Elnur Hüseynzadənin qaytarılması ilə bağlı danışarkən millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, ölkə başçısı bu missiyasını şərəflə bütün dünyaya nümayiş etdirir:
"Elnur Hüseynzadə də azərbaycanlıdır, vətəndaşımızdır. Naməlum şəraitdə düşmənə əsir düşüb, bunun necə baş verməsinin prosesə dəxli yoxdur. Bütün vətəndaşlarımız kimi Elnur Hüseynzadənin məsələsi də diqqətdə saxlanılır. Ölkə rəhbərliyi onun azad edilməsi üçün əlindən gələni edir və edəcəkdir”.
"Elnur Hüseynzadəni də Dilqəm Əsgərov və Şahbaz Quliyevin aqibəti gözləyə bilərmi?” – sualına gəlincə, parlament üzvü deyib ki, nə yolla olur olsun, girovlarımızı azad edəcəyik:
"Dilqəmlə Şahbaz isə bizim günahsız vətəndaşlarımızdır. Azərbaycan həmişə ən yüksək səviyyədə, prezident və bütün rəsmilər onların azad olunması üçün bütün gücünü səfərbər edib, beynəlxalq qurumlara, təşkilatlara məlumat verir, ciddi müraciətlər edir”.
E. Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin söz aparıb, söz gətirən qurum olduğunu söyləyib: "
Onlar hara gedir?, görüş keçirirmi?, məlumatları doğrudan əldə edirmi?. Bax, bunu bilmirik. Onların Ermənistanda da qurumları var. Bəlkə məlumatları birbaşa deyil, həmin nümayəndəliklərindən alırlar, nə bilmək olar? Mən beynəlxalq qurumlara, onların dedikləri sözlərin dürüstlüyünə inanmıram. Çünki orada işləyənlər Azərbaycan vətəndaşı olsalar da təşkilatın qarşısında öhdəlikləri var. Amma hər halda biz vətəndaşımızın əsirlikdən azad edilməsi haqqında onlara da müraciət edirik”.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ missiyasının əməkdaşları bu yaxınlarda saxlanılan azərbaycanlıya baş çəkiblər. Başçəkmə BQXK-nın standart proseduralarına əsasən keçirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə