
"Neft ucuzlaşsa, Mərkəzi Bank məzənnəni kəskin şəkildə endirə bilər"
15:21 12.02.2018
Arxiv
1597
Natiq Cəfərli:"Yenidən manatın sərt nəzarət altında məzənnəsinin tənzimlənməsi siyasəti yeridilir. İndi hələlik qiymətlər konfortlu səviyyədədir. Amma bu səviyyədə qalacağını demək mümkünsüzdür"
"Azərbaycan tam sərbəst üzən məzənnəyə keçə bilmir”
Bu sözləri "Sherg.az”a iqtsadçı-ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, 2015-2016-cı illərdə baş verən devalvasiyalardan sonra Azərbaycanda heç vaxt üzən məzənnə olmayıb:
"Mərkəzi Bankın(MB) tam nəzarətində olan bir məzənnə sistemi olub.Və bu məzənnə rejiminə görə də, MB istənilən an məzənnəyə müdaxilə edib, istədiyi məzənnəni təyin edir. Bunun fəsadlarını devalvasiyalarda da gördük. Eyni qayda ilə manat nəzarətdə saxlanıldı. Amma bir müddət sonra nəzarətdə saxlamaq mümkün olmadıqda daha kəskin devalvasiyalar yaşandı.İndi yenidən həmin siyasətə dönülüb. Yenidən manatın sərt nəzarət altında məzənnəsinin tənzimlənməsi siyasəti yeridilir. İndi hələlik qiymətlər konfortlu səviyyədədir.

Amma bu səviyyədə qalacağını demək mümkünsüzdür. Yəni neftin qiymətlərində yenidən ciddi oynamalar olsa, məcbur olub MB məzənnəni daha kəskin endirə bilər. Buna görə də, tam sərbəst məzənnəyə keçid üçün addımlar atılmalıdır. İnfrastruktur institutlar formalaşdırılmalıdır ki, məzənnə dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olsun. İndi məzənnə siyasəti ümumi proseslərin tərkib hissəsi olan sabitlik kimi təqdim olunur.Əslində bu, doğru deyil.Məzənnə sadəcə iqtisadi bir göstəricidir.
Amma MB daha kəskin addımlar atıb, tam sərbəst üzən məzənəyədə keçə bilmir. Çünki bütün infrastrukturu yoxdur.MB infrasturuktur yaratmağa borcludur. Yəni infrasturuktur yaransın və bunun institutları formalaşmalıdır. Bir müddət sonra Azərbaycan tam üzən məzənnə sisteminə keçməlidir.Bu, çox vacibdir. Gələcəkdə daha sabit makro göstəricilər yaradılmalıdır. İqtisadiyyatın sabitləşməsi üçün təməl şərtlər daxilində məzənnənin müəyyən ölçüdə olması vacibdir. Buna keçid olunmalıdır”.
MB-ın sədri Elman Rüstamovun dəmir pullara olan təlabatın artmasına dair fikirlərinə diqqət çəkən ekspert əlavə edib ki, o, bunun səbəblərini bilmir:
"Çünki belə bir ehtiyac yarandığını da düşünmürəm.Amma dəmir pullara ehtiyac yaranırsa,bu, ticarətdəki qiymətlərin yuvarlaq olmaması ilə əlaqədardır. Yəni marketlər qiymətlərdə cuzi endirimlərlə müştəri cəlb etməyi düşünür. Məsələn, 5 manata olan qiyməti 4.95 kimi edirlər. Yəni bunlarla əlaqədar dəmir pullara ehtiyac yarana bilər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya