"Belə olarsa, hökumətlər gəlirlərini düzgün proqnozlaşdıra və xərclərini buna uyğun qura bilirlər. Ancaq bu ölkələrin əksəriyyəti neftin hasil olunması üçün istifadə olunan maşın və mexanizmləri, avadanlıqların hamısını nefti istehlak edən ölkələrdən alırlar. Bu zaman həmin avadanlığın qiyməti artır. Bu isə ümumi iqtisadiyyata ziyan edir. Ona görə, neftin qiymətinin bahalaşması sadəcə ilk baxışdan yaxşı xəbərdir. Dərindən düşündükdə xeyirli məsələ deyil.
"Neftin bahalaşması ilk baxışdan yaxşıdır, amma xeyirli deyil" - Açıqlama
10:36 27.02.2018
Arxiv
1857
"Neftin hansı həddə qədər bahalaşması Amerikanın və daha çox neft istehlak edən qərb dövlətlərinin apardığı geosiyasətdən asılıdır”.
Bunu "Sherg.az”a Azərbaycan neftinin bahalaşmasından danışarkən iqtisadçı -ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, neftin bahalaşması gəlirləri qısa vaxtda artırsa da, neft istehlakçısı olan ölkələr neftin qiymətinin stabil olmasına çalışmalıdır:
"Belə olarsa, hökumətlər gəlirlərini düzgün proqnozlaşdıra və xərclərini buna uyğun qura bilirlər. Ancaq bu ölkələrin əksəriyyəti neftin hasil olunması üçün istifadə olunan maşın və mexanizmləri, avadanlıqların hamısını nefti istehlak edən ölkələrdən alırlar. Bu zaman həmin avadanlığın qiyməti artır. Bu isə ümumi iqtisadiyyata ziyan edir. Ona görə, neftin qiymətinin bahalaşması sadəcə ilk baxışdan yaxşı xəbərdir. Dərindən düşündükdə xeyirli məsələ deyil.Neftdən gələn gəlirlər asan qazanıldığına görə, hökumətlər islahata meylli olmurlar. Asan gələn gəlir neft ölkələrini bir qədər tənbəlləşdirir. Ona görə, təəssüf edirəm ki, Azərbaycanın ixrac potensialında neftin payı yüksəkdir. Buna görə, hökumətə dərin islahatlar aparmağı tövsiyə edərdim.
Çalışmaq lazımdır ki, əhali neftin artan qiymətlərindən daha da kasıblaşmasın. Çünki insanların istehlak etdiyi əksər mallar idxal məhsullarıdır. Enerji daşıyıcılarının qiyməti bahalaşdıqca o ölkələrdə istehsal olunan malların da qiyməti bahalaşır. Bizə idxal olunduqda qiyməti daha da artır. Bu isə bizə xeyirli deyil.
Qeyd edək ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar bahalaşaraq 68,10 dollar olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq