"Neftin qiyməti 59-75 dollar arasında dəyişə bilər" - PROQNOZ

"Hazırda neftin qiyməti sabitdir”
Bu sözləri "Sherg.az”a iqtsadçı-ekspert Fuad İbrahimov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə neftin qiymətinin əmələ gəlmə prosesi ilə bağlı hər bir iqtisadçının öz tətqiqat metodu var:
" Mən də iqtisadçı kimi qərb iqtisadçılarının fikri ilə razılaşıram. Qiymət əmələ gəlmə prosesi əmtəə birjalarında, elektron ticarət platformalarında gedən ticarət əməliyyatları ilə bağlıdır. Neftin qiymətinə hər hansısa siyasi məqam və ya iri miqyaslı təbiət hadisələri təsir göstərə bilər. Bu hadisələr təsir etdikdə yenidən qiymət əmələ gəlmə prosesi elektron ticarət platformalarında gedən proseslərdən daha çox asılıdır. 
Elə sahibkarlar var ki, heç neftin struktur quruluşu haqqında məlumatının olmadığı halda onun ticarətini apara bilirlər. Elektron ticarət platforması vasitəsi ilə istənilən zaman daxil olub, qeydiyyatdan keçir. Əlində olan sərmayəni imkanı çatan qədər xam neftin alış və ya satışına sərf edir. Burada təkcə neft deyil, pambıq, qızıl və valyuta cütlükləri də ola bilər. İstənilən əməliyatları həyata keçirə bilərlər. Bu proseslərində ümumi həcm göstəricləri deyilən məsələ var. Proseslərin idarə edən, nəzarətdə saxlayan sistem mövcuddur. 
Bu və ya konkret başqa bir sahə üzrə dünyada gedən ticarət balansını əks etdirən vəziyyəti görmək olur. Dünyada ümumi həcm indikatorlarının məlumatını əldə edə biləcəcək az sayda investisiya fondları fəaliyyət göstərir. Məhz bu amil neftin qiymət əmələ gəlmə prosesinə təsir edir. 10 ilə yaxındır biz bunun tədqiqatını aparırıq.Tam əminlikə demək olar ki, proqnozlarımızın 85-90 faiz özünü doğruldur. Neftlə bağlı gedən proseslərlə bağlı ötən il də proqnoz vermişdik. İndi də veririk. Bu il neftin qiyməti 59-75 dollar arasında dəyişə bilər. Hazırda vəziyyət belədir. İri miqyaslı həcm indikatorlarında ucuzlaşma gözlənilmir. Ona görə, bu sahədə sabitlikdir. Əslində isə sabitliyin olmağı yaxşıdır".
Neftin qiymətində avqust ayına kimi  sabitliyin olacağını proqnozlaşdıran ekspert diqqətə çatdırıb ki,  qiymətin kəskin şəkildə aşağı düşəcəyi gözlənilmir: 
"Stabil qalmağına daha çox ehtimal var. Ancaq bu istənilən dəqiqə dəyişə bilər. Elektron ticarət platformalarında gedən əməliyatların həcmi dəyişə bilər. Bu hal elektron ticarət platformalarında "forsmajor" kimi qəbul olunur. Amma hazırda stabillikdir. Arzu edək ki, neftin qiyməti bahalaşsın. Biz də problemlərimizi növbəli şəkildə aradan qaldıraq”.
Kənan Eynuroğlu