"Neftin qiyməti hər an dəyişə bilər"




"Neftin qiymətində bir müddət sabitlik olacaq”

Bu barədə "Sherg.az”a neftin qiymətinin enməsi barədə danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, hazıda neftin qiymətində nəzərə çarpacaq dərəcədə fərq yoxdur:

"Bu həcm göstəricilərini dünyanın elektron ticarət platformalarında gedən ticarət əməliyyatlarında müşahidə edirik. Elə bir ciddi qiymət dəyişimi nəzərə almırıq. Bu, adi bir prosesdir. Bu sahəyə təsir göstərən bəzi faktorları nəzərə almaqla güman olunur ki, bir müddət qiymətlərdə dəyişim baş verməyəcək. Təbii ki, neftin qiyməti hər an dəyişə bilər. 

Çünki neftə bir neçə amilllər təsir göstərir. Qiymət dəyişiminə şərait yarada biləcək əsas amil hər hansısa bir neft hasil edən ölkədə baş verən siyasi hadisədir. Bu zaman hasilatın dəyişməsi ilə qiymət fərqi yaşana bilinər. Hələki neftin qiymətində sabitlik müşahidə olunur". 


Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,2 dollar, yaxud 0,26% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 77,18 dollar/barelə bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Kənan Eynuroğlu