Nənə, baba nəvələrini qatarla rayona apara bilməyəcək
07:43 19.09.2017
Arxiv
927
Birlik rəhbəri deyib ki, yeni qayda həmçinin uşaq oğurluğunun qarşısının alınmasında effektli vasitə hesab oluna bilər
Azərbaycan Dəmir Yolları QSC azyaşlı uşaqların daşınması ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb. Artıq valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan azyaşlı uşaqların qatarla bölgələrə aparılmasına icazə verilmir.
Bunlara valideynlərin ən yaxın qohumları, uşaqların nənə və babaları da daxildir. Nəvələrini özləri ilə rayona aparmaq istəyən nənə-babalar, yaxud digər qohumlar qatara bilet almaq istəyərkən, onlardan valideynlərin icazə kağızı tələb olunur, olmadıqda isə bilet satılmır.
Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova faktı təsdiqləyib. O bildirib ki, bu addımın atılmasına səbəb uşaqların qaçırılmasının qarşısını almaqdır:
"Boşanma hallarını nəzərə alaraq qərara gəldik ki, uşaqların ata və ya ana tərəfindən qaçırılmasının qarşısını almaq üçün bu qaydaları tətbiq edək. Həmçinin kriminal vəziyyətin də nəzarətə alınması zərurəti var. Belə ki, uşaq oğurluğu, qaçırılması, valideyndən alınıb aparılması kimi xoşagəlməz hallar olur. Bu səbəbdən belə bir tələb zəruri idi. 10 yaşına kimi uşaqlar üçün valideynlərin notarial etibarnaməsi tələb olunur. Yalnız bu sənəd göstərildikdən sonra bilet alına bilər”.
Tətbiq olunan yeni qaydalarla bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə qərarı alqışladığını deyib.
Onun sözlərinə görə, hazırda cəmiyyətdə yaşanan ən böyük problemlərdən biri məhz uşaqların himayədarlığı ilə bağlıdır. Birlik rəhbəri deyib ki, yeni qayda həmçinin uşaq oğurluğunun qarşısının alınmasında effektli vasitə hesab oluna bilər:
"Düşünürəm ki, Azərbaycan Dəmir Yolları bu qaydaları tətbiq etməkdə düzgün mövqe tutub. Bu gün məhkəmələrdə bizim ən çox qarşılaşdığımız hallar nədir? Uşaq ananın və ya atanın himayəsində olduğu zaman onunla ünsiyyət istənilir. Ünsiyyət verildiyi halda nənə və baba uşağı götürüb regiona aparırlar. Uşağın geri qaytarılması prosesində isə ciddi problemlər ortaya çıxır.
Bunun özü böyük bir məsuliyyətdir, məhkəmə çəkişmələri başlayır, uşaqlar ciddi şəkildə psixoloji zərbə alırlar. Ona görə də valideynlərin razılığı və xəbəri olmadan uşaqların başqa şəhərə aparılması və digər neqativ halların qarşısının alınması üçün yeni qərarın tətbiqi müsbət qarşılanmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya