Nəsimi Paşayev işdən çıxır - İSTEFA ƏRİZƏSİ YAZDI





"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mayın 31-də işdən ayrılacaq. Lent.az xəbər verir ki, bu barədə N.Paşayev feysbuk səhifəsində məlumat verib.
O bildirib ki, işdən çıxmaqla bağlı ərizəni QSC-nin rəisi Zaur Hüseynova təqdim edib.

Qeyd edək ki, N.Paşayev 2014-cü ilin mart ayında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.